Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın Baş naziri Moskvada keçiriləcək -Qələbə günü- tədbirlərinə qatılmaq istəmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Yaponiyanın Baş naziri Moskvada keçiriləcək -Qələbə günü- tədbirlərinə qatılmaq istəmir

Yaponiyanın Baş naziri Moskvada keçiriləcək -Qələbə günü- tədbirlərinə qatılmaq istəmir


Yaponiyanın Baş naziri Sindzo Abenin mayın 9-da Moskvada keçiriləcək “Qələbə günü” tədbirlərinə qatılmaqdan imtina edəcəyi ehtimal olunur.

Bu xəbəri “Kyodo News” agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən yayıb.

Agentlik bildirir ki, mənbənin sözlərinə görə, S.Abenin tədbirlərə qatılmamaqdan başqa bir seçimi yoxdur və bununla da, gələn həftəyə səfəri planlaşdırılan ABŞ-la dostluğunu bir daha vurğulamış olacaq.

Bununla belə qeyd olunur ki, Baş nazirin Moskvaya öz nümayəndəsini göndərəcəyi və Putini ilin sonuna qədər Tokioya səfər etmək barədə dəvət edəcəyi gözlənilir.

“Slovakiya radiosu”nun məlumatına görə, Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da Moskvadakı rəsmi anım tədbirlərinə qatılacaq, lakin Qırmızı Meydandakı “Qələbə paradı”nda iştirak etməyəcək.

Qeyd edək ki, Moskvadakı “Qələbə günü” tədbirlərində iştirakdan imtina edən qərbli siyasətçilər arasında ABŞ, Bolqarıstan, Polşa, Finlandiya, İsrail, Litva, Latviya və Estoniyanın prezidentlərinin adları çəkilir. Almaniya kansleri Angela Merkel isə Moskvaya mayın 10-da səfər edəcək və Vladimir Putinlə birlikdə “Naməlum əsgər” abidəsinə əklil qoyacaq.

İmtina hallarının çoxunun Ukrayna böhranı ilə əlaqəli olduğu bildirilir.

Geri dön