Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şuşaya Azadlıq- kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Gənclik > Şuşaya Azadlıq- kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı keçiriləcək

Şuşaya Azadlıq- kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsinin icrasına başlanılıb. Bu bara

Layihənin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən zəpt olunan, tarixi abidələri dağıdılan qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşanın zəngin mədəniyyət irsini, işğal həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, ədalətin bərpası üçün xarici ölkələrin QHT-lərini, mədəniyyət xadimlərini, media nümayəndələrini və digər əcnəbi tərəfdaşları birgə silsilə fəaliyyətə və təbliğat işlərinə cəlb etməkdir.

4 may 2015-ci il layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkə (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-sinin rəhbərləri ilə Şurada görüş keçiriləcək.

Geri dön