Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ziyafət Əsgərov: Beynəlxalq münasibətlərdə böhran yaşanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ziyafət Əsgərov: Beynəlxalq münasibətlərdə böhran yaşanır

Ziyafət Əsgərov: Beynəlxalq münasibətlərdə böhran yaşanır


"Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlirlər". Bunu jurnalistlərə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: "Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir".

Geri dön