Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saxta endirim kampaniyalarına inanmayın!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Saxta endirim kampaniyalarına inanmayın!

Saxta endirim kampaniyalarına inanmayın!


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir.

Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 520 ünvanında Samir Yusifova məxsus mağazada aparılan yoxlama zamanı, mağaza tərəfindən endirimli qiymətlər kampaniyası adı altında qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən edilmişdir. Belə ki, yeni fəaliyyətə başlayan bu mağazada malların ilkin satış qiymətləri istehlakçılara endirimli qiymətlər kimi təqdim edilir, reallıqda isə mağazada satılan mallara heç bir endirim tətbiq olunmurdu.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılmışdır.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur

Geri dön