Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Davos Forumu çərçivəsində Azərbaycana həsr olunmuş sərgi təşkil olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Davos Forumu çərçivəsində Azərbaycana həsr olunmuş sərgi təşkil olunacaq

Davos Forumu çərçivəsində Azərbaycana həsr olunmuş sərgi təşkil olunacaq


Yanvarın 25-dən 29-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində “Müasir Azərbaycan sənətində ənənələr” adlı sərgi təşkil olunacaq.


DAVAM.AZ-ın Türkiyənin «Milliyyət» qəzetinə istinadən verdiyi məlumata görə, sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Davos Forumunda Türkiyəni baş nazirin müavini Əli Babacanın rəhbərliyi altında nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətində Avropa Birliyi işləri üzrə nazir Egemen Bağış, maliyyə naziri Mehmet Şimşek, ailə işləri üzrə nazir Fatma Şahin, Mərkəzi Bankın sədri Erdem Başçı təmsil olunacaq.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında 2009-cu ildə Davosda yaşanmış «One minute» qalmaqalından sonra Türkiyə dövlət rəhbərliyi səviyyəsində bu tədbirdə iştirakdan imtina edib.

Geri dön