Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: Təhsil - terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Prezident İlham Əliyev: Təhsil - terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir

Prezident İlham Əliyev: Təhsil - terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir


Bu gün Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.

Dövlət başçısı çıxışı zamanı müasir dövrdə təhsilin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan təhsilə böyük önəm verir. Ölkə başçısı Azərbaycanda gənc nəslin təhsil almaq istəyi ilə bağlı məmnunluğunu ifadə edib.

Prezidentin sözlərinə görə, təhsil terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir. O həmçinin bildirib ki, Azərbaycanın gənc nəsli çox vətənpərvərdir.

Dünyadakı neqativ tendensiyalara toxunan Azərbaycan Prezidenti neofaşist hərəkatının təhlükəli tendensiyalarını qeyd edib.

Prezident bildirib ki, beynəlxalq təşkilat liderləri bu məsələyə ciddi yanaşmalıdırlar.

Geri dön