Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünən Güney Azərbaycanda May hadisələrinin 9-cü ildönümü qeyd edildi (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, davam TV, Güney Azərbaycan-Təbriz > Dünən Güney Azərbaycanda May hadisələrinin 9-cü ildönümü qeyd edildi (video)

Dünən Güney Azərbaycanda May hadisələrinin 9-cü ildönümü qeyd edildi (video)


Dünən Güney Azərbaycanın müxtəlif şəhərlərində 2006-cı ildə baş verən qanlı may hadisələrinin (Xordad hadisələri) 9-cü ildönü qeyd edildi.
Belə ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyətdə günlərlə davam elədi. İran hüquq-mühafizə orqanları isəgücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazalarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı etirazçı həbs edilib.

İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.

Sözü gedən qanlı etirak aksiyaları 22 May hadisələri (1 Xordad hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşüb.

May hadisələrinin baş verməsi “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub. Şərhçilərin fikrinə görə, şovinistlərin Azərbaycana qarşı maddi və mənəvi təzyiq və dözülməz təhqirləri əhalinin şiddətli qəzəbinə səbəb oldu və Azərbaycan xalqı bununla öz ictimai-siyasi mövqeyini nümayiş etdirdi. Uzun illərdir sıxılmış həyəcanın bir vulkan kimi püskürməsinə bir təhqiramiz karikatura yetərli oldu.

Azərbaycan türk millətinin bu qanlı və ağır günləri bölgə və dünya mətbuatında öz əksini tapdı. Artıq 9 ildir ki, azərbaycanlılar və xüsusi ilə də Azərbaycan Milli Hərəkat fəalları bu tarixi günü müxtəlif formalarda qeyd edir və şəhidlərin yolunun davam edəcəyinə təkid edirlər. Onlar Güney Azərbaycan şəhərlərində Bildirilər yayır, görüşlər keçirir, şəhidlərin məzarı üstə gedir, onların ailələrini ziyarət edir və divarlar üzərində milli şüarlar yazırlar. Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə həftələr qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır, onların həyatı barədə məlumat verilir və bu qiyamın təfərrüatı müzakirə edilir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusi ilə Milli Hərəkat fəalları İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, müxtəlif tədbirlər düzənləyir və Bəyanatlar yayırlar.

“ALLAH bütün şəhidlərimizə rəhmət eləsin”


Geri dön