Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb


O, daha sonra Gürcüstan və Ermənistana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb.

İyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.


ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.


ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.

Geri dön