Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb

Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb


Rusiyanın Voronej vilayətində “Su 34” tipli bombardmançı təyyarə eniş edərkən qəzaya uğrayıb.

Bu barədə “İnterfaks”a Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

“İyunun 4-də 16.30 radələrində “Su 34” tipli bombardmançı təyyarə Voronej vilayətində eniş edərkən təyyarənin əyləc paraşütü açılmayıb. Təyyarə eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult edilib. Qəzanın səbəbləri müəyyən edilənədək bu tip təyyarələrin uçuşuna müvəqqəti qadağa qoyulub.

Geri dön