Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzər parlamentlərarası assambleyası yaradıla bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Xəzər parlamentlərarası assambleyası yaradıla bilər

Xəzər parlamentlərarası assambleyası yaradıla bilər


Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu "Təmiz dənizlər" beynəlxalq ekoloji fondunun rəhbəri Vasili Boqoslovski deyib.

Onun sözlərinə görə, parlamentlərarası assambleyanın yaradılması ideyası təqdim olunacaq, müvafiq təkliflər Xəzəryanı ölkələrin parlament nümayəndə heyətlərinə veriləcək: "Assambleyanın əsas məqsədi komissiya səviyyəsində nail ola bilmədiyimiz mürəkkəb məsələlərin üzərində daimi işləməkdir".

Qeyd edək ki, hər il avqustun 12-də Xəzər Günü qeyd edilir.

Geri dön