Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan XİN təsdiq etdi: Arif Məmmədov İƏT-in səfiri vəzifəsindən geri çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan XİN təsdiq etdi: Arif Məmmədov İƏT-in səfiri vəzifəsindən geri çağırılıb

Azərbaycan XİN təsdiq etdi: Arif Məmmədov İƏT-in səfiri vəzifəsindən geri çağırılıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.

Onun sözlərinə görə, bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.

K.Süleymanlı məktubdan sitat gətirir: "İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, A.Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir".

Geri dön