Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-dakı Azərbaycan və türk icmasının nümayəndələri etiraz ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > ABŞ-dakı Azərbaycan və türk icmasının nümayəndələri etiraz ediblər

ABŞ-dakı Azərbaycan və türk icmasının nümayəndələri etiraz ediblər


ABŞ-dakı Azərbaycan və türk diasporları Texas qubernatoru Rik Perrinin Türkiyə ilə bağlı son şərhlərinə etiraz edirlər.

Bu şərhlər Cənubi Karolinada respublikaçıların prezident seçkisi debatlarında səsləndirilib.

Qubernator Perri Türkiyənin demokratik yolla seçilmiş hökumətini təhqir etməklə və bu ölkənin NATO-da üzvlüyünü təhdid etməklə amerikalı türkləri və xarici siyasət və diplomatiya sahəsində təhsil alan tələbələri təhqir edib.

“Biz həvəslə qubernator Perrini ABŞ-Türkiyə münasibətlərinin əsil dəyəri barədə maarifləndirə bilərik”.

Diaspor nümayəndələri xatırladır ki, Türkiyə ABŞ-ın Əfqanıstanda və İraqda səylərinə böyük dəstək verib. Türkiyə üç dəfə Əfqanıstandakı NATO qoşunlarına komandanlıq edib və ABŞ qoşunları İraqda olarkən onların maddi-texniki təchizatının 70 faizini təmin edib.

Amerika Türk Koalisiyasının prezidenti Linkoln Makkördi və Amerika Türk Assambleyasının prezidenti Ergün Kırlıkovalı bildiriblər ki, Türkiyə bu mürəkkəb, çoxqütblü dünyada, xüsusilə də Yaxın Şərq, Mərkəzi Asiya, Afrika, Qafqaz və Balkanlarda ABŞ-ın mühüm tərəfdaşıdır.

Geri dön