Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edib. M.Qurbanlı Tovuzda bu rayonun, eləcə də Qazax və Ağstafa sakinlərini qəbul edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, qəbulda səsləndirilən müraciətlər əsasən məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Geri dön