Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yeni külək elektrik stansiyasının tam gücüylə işə salınmasının tarixi müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Azərbaycanda yeni külək elektrik stansiyasının tam gücüylə işə salınmasının tarixi müəyyənləşib

Azərbaycanda yeni külək elektrik stansiyasının tam gücüylə işə salınmasının tarixi müəyyənləşib


Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) "Yeni Yaşma" külək elektrik stansiyasını bu il avqustun əvvəlində tam gücü ilə işə salınmasını planlaşdırır. Bunu ABEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə əsasən, hazırda elektrik stansiyasının 20 turbinindən 14-ü test sınaqlarından keçib və ümumi enerji sisteminə qoşulub: "Turbinlərin sınaqdan keçirilməsi prosesi və bizə təhvil verilməsi ilə almaniyalı mütəxəssislər məşğul olur. Ayın sonuna bütün 20 turbin istifadəyə hazır olacaq və sistemə qoşulacaq. Bununla da avqustun əvvəlində stansiya tam gücü ilə işləməyə hazır olacaq".

Qeyd edək ki, istehsal gücü 50 meqavat olan "Yeni Yaşma" külək elektrik stansiyası Xızı rayonunda yerləşir.

Geri dön