Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO

Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO


Minlərlə diaspor üzvü Denfert Rochereau meydanında qondarma “erməni soyqırımı” ilə bağlı qanunun Senatda müzakirəyə çıxarılmasına etiraz edir


Qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Fransa Senatında müzakirəyə çıxarılmasına etiraz edən Türkiyə və Azərbaycan diasporunun minlərlə üzvü 21 yanvar tarixində Parisdə aksiya keçirib. Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aksiya saat 14:00-da başlayıb, 19:00-da başa çatıb.

Parisdə Denfert Rochereau meydanında keçirilən aksiyaya Fransanın müxtəlif bölgələrindən, Almaniya, Belçika, Hollandiya, İngiltərə və digər ölkələrdən gələn Türkiyə və Azərbaycan türkləri qatılıblar. Digər Avropa ölkələrində yaşayan Türkiyə və Azərbaycan türkləri qatar, təyyarə, o cümlədən 526 sərnişin avtobusu ilə Parisə axışıb. Denfert Rochereau meydanı aksiyaçılarla dolub. Aksiya iştirakçıları yanvarın 23-də Senatda müzakirəyə çıxarılacaq qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin ifadə və düşüncə azadlığına, o cümlədən Fransa Konstitusiyasına zidd olması ilə bağlı şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiyada layihənin pərdə arxasındakı əsas təşəbbüskarı sayılan Fransa prezidenti Nikola Sarkozinin də əleyhinə şüarlar səsləndirilib. Plakatlarda “Tarixi tarixçilərə buraxın, seçki üçün hazırlanmış qanuna yox!” şüarı yazılıb.

Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO


Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO


Türkiyə və Azərbaycan türkləri Parisi silkələdi! - FOTO

Geri dön