Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zakir Həsənov Belarusun Azərbaycanda səfiri ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Zakir Həsənov Belarusun Azərbaycanda səfiri ilə görüşüb

Zakir Həsənov Belarusun Azərbaycanda səfiri ilə görüşüb


İyulun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki səlahiyyət müddəti başa çatan fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Geri dön