Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Qərbi Azərbaycan Departamentinin növbəti yığıncağı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar > MDHP Qərbi Azərbaycan Departamentinin növbəti yığıncağı keçirilib

MDHP Qərbi Azərbaycan Departamentinin növbəti yığıncağı keçirilib


Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin 24 yanvar 2012-ci il tarixdə növbəti yığıncağı keçirildi.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qərbi Azərbaycan Departamentinin yığıncağında Departamentin rəhbərliyinin ötən il ərzində görülən işlər barəsində məruzələrini dinlədi. Fərəc Quliyev Qərbi Azərbaycan Departamentinin fəallığını təqdir etdiyini və bundan sonra daha fəal olacaqlarına inandığını bildirdi.

Bundan sonra, yığıncaqda Departamentin yeni il üçün fəaliyyət proqramının müzakirə edilərək ən qısa zamanda hazırlanıb paket halında sədrə təqdim olunacağı diqqətə çatdırıldı. Seçkili orqanlara yeni təqdimatla seçilənlər təsdiqləndi.

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti Fransa parlamentinin qondarma ”erməni soyqırımı” iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulunu pisləyən bəyanatla çıxış etdi.

MDHP Mətbuat Xidməti

MDHP Qərbi Azərbaycan Departamentinin növbəti yığıncağı keçirilib

Geri dön