Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Ermənistan istehsallı məhsullar məhv edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycanda Ermənistan istehsallı məhsullar məhv edildi

Azərbaycanda Ermənistan istehsallı məhsullar məhv edildi


Dövlət Gömrük Komitəsi (DGK) Ermənistandan gətirilmiş 31 butulka konyak, 51 paçka siqaret və 23 banka kofeni bu gün məhv edib.

Bunu jurnalistlərə DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov deyib.

Onun sözlərinə görə, bu mallar Tovuz və Balakən gömrük idarələrinin əməkdaşları tərəfindən aşkarlanıb: “Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, bu mallar istifadəyə yararsızdır və onların məhv edilməsi qərara alınıb”.

F.Ələsgərov qeyd edib ki, bu gün müxtəlif ölkələrdə istehsal edilmiş çeşidli məhsullardan ibarət 64,8 min qutu məhv edilib: “Məhv edilən mallar arasında 207 kiloqram kolbasa, 91 kiloqram hisə verilmiş balıq, 218 banka kürü, 611 butulka pivə və kustar üsulla hazırlanmış 864 litr şərab olub. Bundan başqa, istifadə müddəti keçmiş 446 butulka mineral su, 659 butulka limonad, 3815 sərinləşdirici və və energetik içki, eləcə də 317 butulka müxtəlif maye yağ məhv edilib”.

O, diqqətə çatdırıb ki, həmçinin insan sağlamlığı üçün təhlükəli olan 311 071 ədəd pirotexniki vasitə, 252 saxta mobil telefon məhv edilib.

Geri dön