Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üç günün HAVA MƏLUMATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Üç günün HAVA MƏLUMATI

Üç günün HAVA MƏLUMATI


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, az qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 1-3 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Yanvarın 25-də gün ərzində bəzi yerlərdə az yağıntı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-5 dərəcə isti olacaq.

Yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Yanvarın 26-da bölgələrdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 1-6 dərəcə şaxta olacaq.

Geri dön