Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cavad Xanın şəhid olmasının 208-ci ildönümü ilə əlaqədar meydan tamaşası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Cavad Xanın şəhid olmasının 208-ci ildönümü ilə əlaqədar meydan tamaşası

Cavad Xanın şəhid olmasının 208-ci ildönümü ilə əlaqədar meydan tamaşası


Gəncə şəhərində yeni təmirdən çıxmış Cavad Xan küçəsində Cavad Xanın şəhadətinin 208-ci ildönümü ilə əlaqədar növbəti meydan tamaşası nümayiş etdirilib.

Meydan tamaşasına şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, digər rəsmilər və ictimaiyyət nümayəndələri qatılıb. Hər il nümayiş etdirilən “Cavad Xan” meydan tamaşasına bu il əməkdar incəsənət xadimi Vaqif Şərifov quruluş verib. Cavad Xan obrazını xalq artisti Alim Məmmədov, xan arvadı obrazını isə xalq artisti Pərvanə Qurbanova ifa edib. Tamaşa keçmiş və müasir dövrün sintezi şəklində oynanılıb.

Meydan tamaşasının nümayişindən sonra «Cavad Xan»ın adını daşıyan küçədə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin şəxsi heyətinin iştirakı ilə rəsmi keçid də təşkil olunub.

Qeyd edək ki, 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə Cavad Xan Rus qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Geri dön