Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilin sonunadək alternativ enerji üzrə iki layihə seçəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan ilin sonunadək alternativ enerji üzrə iki layihə seçəcək

Azərbaycan ilin sonunadək alternativ enerji üzrə iki layihə seçəcək


Bu ilin sonunadək Azərbaycanda bərpa olunan enerji sahəsində iki layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işlər başa çatacaq.

Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin direktor müavini Cəmil Məlikov deyib.

C.Məlikov qeyd edib ki, hər iki layihə ilə bağlı işlər qrafik üzrə gedir: “Texniki-iqtisadi əsaslandırma çərçivəsində bu layihələrin reallaşdırılması üçün lazım olacaq avadanlıq və resursları müəyyənləşdirəcəyik. Və bu mərhələdə layihələrin reallaşdırılmasının iqtisadi məqsədəuyğunluğunu təyin edəcəyik”.

O, əlavə edib ki, bu mərhələnin yekunlarına əsasən layihələrin dəyəri, külək parkı və elektrik stansiyalarının istehsal gücləri müəyyənləşdiriləcək.

Geri dön