Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İŞİD Suriyada daha bir şəhəri ələ keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İŞİD Suriyada daha bir şəhəri ələ keçirib

İŞİD Suriyada daha bir şəhəri ələ keçirib


İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl- Qaryatayn şəhərini ələ keçiriblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir.

Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub.

SOHR qeyd edir ki, strateji əhəmiyyətli Əl- Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.

Geri dön