Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistan Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Pakistan Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyir

Pakistan Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyir


Pakistanla Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanmış köhnə və möhkəm əlaqələr var. Bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri ölkə müstəqilliyinin 69 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın dəstəyini qiymətləndirir: “Pakistan da Kəşmir məsələsində Azərbaycanın dəstəyini qiymətləndirir. Pakistan sülhsevər ölkədir. Biz istəyirik ki, bütün münaqişələr sülh yolu ilə həll olunsun. Azərbaycan və Pakistan arasında əməkdaşlıq gələcəkdə də inkişaf edəcək”.

Diplomat həmçinin Pakistanın sosial problemlərinin həllində Azərbaycanın dəstəyini və verdiyi töhfəni yüksək qiymətləndirib.

Geri dön