Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyadan Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Rusiyadan Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

Rusiyadan Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb


Rusiyadan Bakıya gələn təyyarədən sellofan paketlərdə Azər­baycan Respublikasının aksiz mar­kası olmayan 3 adda, 400 qutu xa­ricdə istehsal olunan siqaret aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fə­rə­cov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb get­mək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq, mallara gömrük baxışı keçirilib.

Malların yoxlanılması za­manı İ.Fərəco­vun qar­şıladığı sərnişinlərdən qəbul etdiyi sellofanlarda qanunsuz şəkildə Azərbaycana gətirilən siqaretlər aşkarlanaraq götürülüb. İzahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşıla­maq üçün Hey­dər Əliyev Beynəlxalq Aero­portuna gəldiyini, orada ona gön­dərilən siqaretləri ayrı-ay­rı sərnişinlərdən qəbul etdi­yini və həmin siqa­retlə­rin bir hissəsi­nin şəxsi istifadə məqsə­dilə, qa­­lanla­rının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bil­dirib. Hadi

Faktla bağlı təhqiqat apa­rılır.

Geri dön