Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hollandiyanın “PZC” qəzeti Azərbaycandan yazıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Hollandiyanın “PZC” qəzeti Azərbaycandan yazıb

Hollandiyanın “PZC” qəzeti Azərbaycandan yazıb


“Eurovision-2012” öncəsi Hollandiyanın “PZC” qəzeti Azərbaycandan yazıb.

Məqalədə Azərbaycanda bu il keçirilməsi gözlənilən “Eurovision-2012” yarışması və ölkəmizdə təhsilin vacibliyi və s. fikirlər öz əksini tapıb.

Məqalə müəllifi Esme Susman Hollandiyada yaşayan Abbasovlar ailəsindən aldığı müsahibə əsasında Azərbaycan haqqında maraqlı və geniş məqalə ilə çıxış edib.

“Məqalə ötən ilin “Eurovision yarışmasında Eldar və Nigarın qalib çıxması ilə əlaqədar olaraq, Abbasovlar ailəsinin qürurlu olduğu ilə başlayır. Məqaləyə açıqlama verən “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, diaspor fəalı Vüqar Abbasov Azərbaycanın qalib gəlməsini belə dəyərləndirib:

“Bizim qələbəmiz Azərbaycanın qapılarını dünyaya, dünyanın qapılarını Azərbaycana açdı. Ölkəmizə Odlar diyarı deyirlər. Coğrafi baxımından Xəzər dənizi sahilində yerləşir. Ölkəmizin gözəl təbiəti var. Bu il musiqi festivalı ilə əlaqədar olaraq, Azərbaycana çoxlu sayda turistlərin gələcəyi gözlənilir. Bu, eyni zamanda Azərbaycanı tanıtmaq üçün əhəmiyyətli olmaqla yanaşı, iqtisadi baxımından da ölkəmizin iqtisadi rifahına böyük təsir edəcək.

Bir şeyi qeyd etmək istərdim ki, Azərbaycan turistlər üçün tamamilə təhlükəsiz bir ölkədir və onlar burada istədikləri kimi sərbəst ola bilərlər. Turistlərə bizim rayonlara gedib, dağlarımızı, meşələrimizi, çaylarımızı, şəlalələrimizi görmələrini arzulayıram. İnsanlarımız qonaqpərvərdirlər.

Sən orada gecə vaxtı belə kiminsə qapısını döyüb otel axtardığını desən, həmən ev sahibi gecə səni öz evində qonaq edər, özü də təmənnasız. Bu, yalnız bizim ölkəmizdə mümkündür. Xüsusilə, Azərbaycana gedəcək turistlər mütləq Köhnə Bakını - İçərişəhəri gəzməyə məsləhət görərdim. Orada onlar müxtəlif əsrləri özündə birləşdirən çoxsaylı tarixi abidələri görə bilərlər”, - deyə diaspor fəalı məqalədə vurğulayıb.

Məqalədə 2012-ci ilin may ayının 22-24-26 tarixlərində Azərbaycanın Eurovision-ə güclü hazırlaşdığı bildirilir və Esme Susman öz ölkəsinin bu yarışmaya 5 namizəd arasında seçim etdikdən sonra göndərəcəyini qeyd edib.

Elnur Eltürk

Geri dön