Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənnətlik yəhudilər - VİDEO/FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO


Azərbaycan ugrunda canından keçmiş başqa qeyri-müsəlman şəhidlərimiz cənnətlikdi, yoxsa Qarabagda ermənilər tərəfindən döyuşüb gəbərən iranlılar, fələstinlilər, livanlılar və başqa müsəlmanlar?

Anar Şabanoğlunun yazısını təqdim edirik

Azərbaycan dünyanın ən kosmopolit ve ən tolerant ölkələrindəndi. Kosmopolitizm o dərəcədədi ki, titullu millətin nümayəndəsi «türkəm» deyəndə milli azlıqlar inciyir. Burda yaşayan ermənilərdən başqa hər kəs ürəklə öz millətinin adını çəkir. Onlar da açıb agartmasa da, onsuz da hər kəs bilir ki, filankəs ermənidi – ən azından filan dayının, əminin, dostun ömür gün yoldaşı… Həmin insanların nəvələri, bəlkə də nəticələri var. Amma onlara bir kəs «ermənisən» deyə aşagılamaz. Valideynləri və milləti seçmək şansı olmur axı insanın…

Titulsuz millət halına gəlmiş türkün millətçisində belə başqalarına nifrət yoxdu, sadəcə öz millətinə sevgi var – gerçəkdən bütün dünyaya örnək olası bir hadisədi. Əslində Şimali Azərbaycanın millətçisi kosmopolit, kosmopoliti isə öz dövlətinə və xalqına nifrət edən bir tipdi. Bu nə vaxtdan belə olub bilmirəm. Amma bir qram şişirtmədən deyirəm ki, bu Azərbaycanın bəlkə də tək dünyəvi özəlliyidi.

Heç vaxt yəhudi dostum olmayıb. Bu yaşdan sonra da olası deyil — artıq dost tapan vaxtım keçib. Hələ üçüncü sinifdə oxuyanda belə bir millət oldugunu bilmişəm. Biləcəridəki 2 sayli orta məktəbdə tatar müəllimə Sara Alievnanın (soyadını unutmuşam) sinfini böyük nostaljiylə xatırlayıram. «Şəhər yerinə əl vermədiyimdən» cəmi bir il sonra gəldiyim Gədəbəyə «sürgün» olunmagıma baxmayaraq Sara müəllimənin sinfindəki romantika ölüncə unudulası deyil. Baxın gözəlliyə – özbək, tatar, ləzgi, ukrain, yəhudi, türk bu həmin sinifdən xatirladıgım bəzi uşaqların milli mənsubiyyətidi! Yəhudi sinif yoldaşımin adını və soyadını da unutmamışam — Samir Aqarunov. O bir gəmi kapitanın oglu idi, hərbi şəhərcikdə «generallar olan» evlərdən birində yaşayırdı. Əlimə pul düşən kimi dərsdən qaçıb Nərimanov parkında sevdiyim maşınları sürmək keyfimə hər zaman şamaxılı dostum Qabil və ara sıra ləzgi balası Emil şəriklik etsə də, Samiri o bir ildə bircə dəfə də yoldan çıxarda bilmədim. Bir neçə il əvvəl odnoklassnikidə Samirlə tapışdıq. Yanlış xatırlamırsam Bakılıların məskən saldıgı Hayfaya köçmüşdülər. Amma sonra ordan profilimi sildiyimçün yenidən əlaqə kəsildi.

İkinci az-çox münasibət qurdugum yəhudi də bakılı olub. Onun da soyadı Aqarunovdu. Edmon yaşca xeyli kiçik olsa da zəkasıyla məni çox təəccubləndirirdi. Bir vaxtlar ANS-dən tanıdıgımız Yelena Sidorenko ilə yaxın dost idilər – uşaqlıqda bir yerdə rəqsə getmişdilər. Özünə rəqs məktəbi açan Lenadan fərqli Edmon başqa işlərə meyl edirdi. Axırıncı dəfə görüşəndə Moskvaya Zaqatala fındıgının importu ilə məşgul olan firmada çalışdını demişdi. Sonralar onunla da əlaqə kəsildi.

Fəqət daha bir yəhudi Aqarunov var ki, onunla əlaqə ölənəcən kəsilməyəcək! Azərbaycanın ilk milli qəhramanlarından, Qarabag müharibəsi tarixinin unudulmaz tankisti — Albert… Sovet Azərbaycanında ara qarışıb məzhəb itdiyi vaxt çoxları kimi rahatlıqla ölkədən gedə bilərdi. İsrail həmin dövr SSRİ-dən gələn yəhudilərə qucaq açmışdı. Fəqət Albert «bu torpaqda dogulmuşam, buranın çörəyini yemişəm və müharibə bitənəcən burda vuruşacam» deyib könüllü olaraq milli ordu sıralarına qoşuldu. Yəhudi balasının igidlikləri haqda həmin dovrə şahidlik edən insanlar daha yaxşı bilir. «Salnamə» sənədli filmlər studiyası «Qarabag qəhramanları» silsiləsindən Albert Aqarunov haqda film də çəkib. Albertin oxudugu 154 sayli məktəb də indi onun adını daşıyır. Onu qeyd edim ki, anasının xahişi ilə Albert Aqarunoviç Aqarunov müsəlman adət-ənəsiylə dəfn edilib.

Bu kadrlarda isə o vaxt Albertlə Mirşahinin müsahibəsini görə bilərsiniz.



Bu yazını yazmama 20 yanvar günü facebookdakı dindar dostlarımdan birinin paylaşdıgı video səbəb oldu. Azərbaycan yəhudilərinin ifasinda «Səni sevirəm Azərbaycan» mahnısından (yeri gəlmişkən bu gözəl mahnı və klipin ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkürlər) sancıya düşən İran rejiminin qulları klipi öz çirkin aləmlərinə uygun saf-çürük ediblər.
İrana qul yetişdirən Qum dini məktəbində molla rejimin agentinə çevrilən bədbəxt azərbaycanlılar… Fikir verin Güney Azərbaycandakı vəhşiliklərə göz yummayan tək-tük dəyərli millət vəkillərimizdən biri Qənirə xanım Paşayevanı ilk öncə «vurublar»!

Keçən il İran rəsmiləri dəfələrlə Şimali Azərbaycanın tarixi İran torpaqları oldugunu bəyan etmişdilər. Bizim mollaların müəllimləri də sürəkli belə dərs verir özbəöz azərbaycanlılarımıza. Şimali Azərbaycan əvvəlki tolerantlıgını, əvvəlki kosmopolitliyini – gözəlliyini sürətlə itirməkdədi. Hamıdan, dövlətimizin rəhbərlərindən, prezidentimiz İlham Əliyevdən rica edirəm — lütvən bu deqradasiyanin qarşısını alın… Fikir verin 2008-ci ilin linkinə. «Səni sevirəm Azərbaycan» klipi İranın sukalarını vicvicəyə saldıgı kimi, bu xəbər də erməniləri qarın agrısına salmışdı o zaman. Yeri gəlmişkən bu saytın adı sovet dövrü kirvəliklərdən yıgılan pulları gizlicə «Miasum» təşkilatına ötürən farsların gerçək qardaşları üçün çox müqəddəsdi.


İndisə dindar qardaşlara iki sualım var:

Birincisi, başqa dinlərə aid kitablarda da “bizim dindən olmayanlar kafirdi” tipli sözlər yazılıbmı və əgər yazılıbsa kim zəmanət verir ki, həmin kitablar Allah tərəfindən göndərilib (hər halda normal məntiqlə yanaşsaq Allah insanı heç vaxt kafir yaratmaz və uşagın dinini seçmək imkanı olmur)?

Nəhayət ikinci sualim…

Şimali Azərbaycanın müstəqilliyi ugrunda şəhid olan milli qəhrəman Albert Aqarunov, məktəbli Vera Bessantina, yaralılara köməyə tələsən yerdə elə təcili yardım arabasındaca qətlə yetirilən Aleksandr Marxevka, başına-bədəninə iyirmidən çox güllə doldurulan Yan Meeroviç, ötən əsrin əvvəlləri azərbaycanlıları ermənilərə satmadıqları üçün soyqırıma məruz qalan və bir hissəsi Quba məzarlıgında tapılan saysız-hesabsız yəhudilər, eyni zamanda Azərbaycan ugrunda canından keçmiş başqa qeyri-müsəlman şəhidlərimiz cənnətlikdi, yoxsa Qarabagda ermənilər tərəfindən döyuşüb gəbərən iranlılar, fələstinlilər, livanlılar və başqa müsəlmanlar?

Ritorik sualdir deyilmi?..

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Cənnətlik yəhudilər - VİDEO/FOTO

Geri dön