Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir

Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir


Azərbaycan Cənubi Qafqazın ən sabit dövləti olduğu halda, Ermənistan region ölkələri arasında ən çox sayda siyasi risklərlə üzləşən ölkədir. Bu barədə Rusiyanın “Minchenko Consulting” kommunikasiya holdinqinin “Zaqafqaziya regionunda siyasi risklərin qiymətləndirilməsi” məruzəsində deyilir.

Məruzə müəllifləri Azərbaycanı regionun ən sabit dövləti adlandırıb: “Region ölkələri arasında risklərin ən aşağı səviyyəsi Azərbaycan üçün xarakterikdir. Məhz Azərbaycan Zaqafqaziyanın ən güclü iqtisadiyyatı olan dövlət olmaqla xarici investorları cəlb etməklə yanaşı, siyasi cəhətdən də sabit ölkədir. Uzun əsrlərdir davam edən xarici siyasəti – ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrinin maraqları arasında tarazlığı qorumaq qabiliyyəti Bakının ən böyük “kozırı”dır”.

Məruzədə qeyd edilir ki, Azərbaycanda mövcud hakimiyyətin mövqeyi möhkəm görünür, ciddi daxili siyasi rəqabət ilə qarşılaşmır və risklərə daha davamlıdır.

Məruzədə bildirilir ki, bələdiyyə seçkiləri zamanı (2014-cü il dekabr) hakim “Yeni Azərbaycan” partiyasının ödənişsiz efir müddətindən imtina etməsi çox diqqətəlayiq haldır.

“Minchenko Consulting” holdinqinin araşdırmasında qeyd edilir ki, ən böyük risklər 2015-ci il iyun ayında kütləvi etiraz aksiyaları ilə üzləşən Ermənistandadır: “Tarif problemi əhəmiyyətli risklərlə dolub daşan ümumi daxili və xarici siyasi kontekstin yalnız bir hissəsidir”.

Məruzədə qeyd olunur ki, Yerevanın Moskvadan aldığı təhlükəsizlik zəmanəti və iqtisadi dəstək bir tərəfdən, status-kvonu təmin etsə də, digər tərəfdən ölkənin rusiyalı biznes nəhənglərindən asılılığını artırır: “Onların Ermənistanın hakim strukturları ilə sıx əlaqəsi, öz növbəsində, prezidentin və hökumətin siyasəti ilə bağlı narazılığın eyniləşdirilməsi ilə nəticələnə bilər”.

Geri dön