Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Amnesty İnternational” Fransanı sərt tənqid etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Amnesty İnternational” Fransanı sərt tənqid etdi

“Amnesty İnternational” Fransanı sərt tənqid etdi


"Amnesty İnternational" Fransa Senatında qəbul edilən qanunun 1915-ci il hadisələrini araşdırmağı cinayət saydığı üçün ifadə azadlığını pozduğunu bəyan edib.

Beynəlxal Amnistiya Təşkilatının Avropa və Orta Asiya Masasının direktoru Nikola Dukvort bildirib ki, bu qanun qüvvəyəminərsə, ölkədəki azad diskussiya (danışıq) atmosferini baltalayacaq və Fransanın beynəlxalq miqyasda digər ölkələrə ifadə azadlığını tövsiyə etməsi ilə ziddiyyət təşkil edəcək.

Dukvort Fransada da, dünyada da, Türkiyədə də insanların fikirlərini ifadə etməkdə azad olmasının vacibliyini vurğulayıb.

İnsan haqlarına dair beynəlxalq konvensiyalar (konvansiyon) yalnız insanların şəxsi hüquqlarına, azadlıqlarına hörmət və ya dövlət düzəni ilə milli təhlükəsizliyin qorunması kimi bəzi prinsiplər (ilkə, qanun) pozulduğu təqdirdə fikir azadlığının məhdudlaşdırılmasına icazə verir. Amnesty İnternational isə Fransada bu istisna halların heç birinin olmadığına diqqət çəkib: "Məsələ 1915-ci ildə həqiqətən bir soyqırım olub-olmadığı deyil, məsələ Fransada fikir azadlığının məhdudlaşdırılmasıdır. Fransa rəsmi dairələri beynəlxalq miqyasda müdafiə etdiyi dəyərlərlə ziddiyyət içərisindədir".

Geri dön