Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çinin Tyantszin şəhərində baş vermiş partlayışlarla bağlı 12 nəfər həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Çinin Tyantszin şəhərində baş vermiş partlayışlarla bağlı 12 nəfər həbs edilib

Çinin Tyantszin şəhərində baş vermiş partlayışlarla bağlı 12 nəfər həbs edilib


Çinin Tyantszin şəhərində sənaye zonasında baş vermiş məlum partlayışlarla bağlı 12 nəfər həbs edilib.

“Sinxua” agentliyinin verdiyi məlumata görə, saxlanılanlar arasında “Tianjin International Ruihai Logistics” şirkətinin başçısının olduğu bildirilir.

Qeyd edək ki, partlayışlar baş verdiyi anbar adıçəkilən şirkətə məxsusdur. Faciəvi insidentlə əlaqədar həmçinin şirkət rəhbərinin müavini və 3 top-menecer həbs olunub.

Son məlumatlara əsasən, Tyantszin şəhərində kimyəvi maddələr saxlandığı anbarda baş verən bir neçə partlayış nəticəsində ölənlərin sayı 139-a çatıb, yüzlərlə insan xəsarət alıb.

Geri dön