Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars rejimi milli birliyimizi pozmağa çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Fars rejimi milli birliyimizi pozmağa çalışır

Fars rejimi milli birliyimizi pozmağa çalışır


MDHP Güney Azərbaycan Departementinin sədri Əlirza Amanbəyli: «Hər il 200 azərbaycanlı Qum şəhərinə dini təhsil adı altında göndərilir»
Bir sıra hallarda xarici ölkələrə dini təhsil almaq adı ilə aparılan tələbələrin sonrakı taleyi acınacaqlı olur. Onlardan bir çoxu xaricdəki terrorçu təşkilatlara qoşularaq bu və ya digər qrupların mənafeləri naminə vuruşur. Mətbuatın yazdığına görə, dini təhsil almaq adı ilə Pakistana gedən Xəqani İmamverdiyevin bu günlərdə orada öldüyü məlum olub. Onun atasının dediyinə görə, bu barədə ona gizli nömrədən zəng vurub bildiriblər. Xəqani İmamverdiyevin Pakistanda ABŞ-ın pilosuz təyyarəsinin hücumuna məruz qalması iddia edilir. Xatırladaq ki, atasının verdiyi məlumata görə, Xəqani təxminən bir il öncə Heft Akademiyasını ataraq digər 7 tələbə ilə birlikdə dini təhsil almaq adı ilə Pakistana gedibmiş. Universiteti başa vurmadığı və əsgəri xidmətdən yayındığı üçün onun barəsində axtarış da elan edilib. Bu kimi faktlar əslində çoxdur. Bir çox soydaşlarımız kənar təsirlərə uyaraq, dini pərdə altında terror təşkilatlarına qoşulur. Bu işdə isə onlara xarici ölkələrdə guya dini təhsil verən müxtəlif təhsil ocaqlarının «rolu» da az deyil. Belə təhsil ocaqları əsasən də İranda fəaliyyət göstərir. Məsələn, Qum şəhərindəki mədrəsədə dini təhsil verilir. Amma görünən mənzərə ondan xəbər verir ki, burada təhsil alanlardan həm də başqa çirkin məqsədlər naminə istifadə olunur. Onların bir çoxundan vətəndaşı olduğu ölkələr əleyhinə təxribatlar hazırlamaqda, bəzilərindən də «mücahid» yetişdirməkdə istifadə edirlər. Təəssüf ki, bəzi soydaşlarımız da belə təxribatlara uyaraq, sonda cinayətə yuvarlanaraq özlərini çətin duruma salırlar. Pakistana yollanıb canını orada tapşıran soydaşımızın taleyi ondan xəbər verir ki, əslində İran və Pakistan kimi dövlətlərdə dini təhsil verən mədrəsələrin böyük əksəriyyəti orada olanları təhsildən daha çox, «terrorçu mücahid» kimi yetişdirmək kursu götürüb. Bu isə təhlükəli haldır. Maraqlıdır, görəsən, Azərbaycandan İran və digər ölkələrə nə qədər belə gənc dini təhsil adı ilə aparılır?
MDHP sədri müavini Əlirza Amanbəyli dedi ki, islam dinindən sui-istifadə edib milli birliyimizi pozmağa çalışan İran və ona bənzər dövlətlər gənclərimizi dini təhsil adı altında aldatmaqla belə variantlardan istifadə edirlər. Hazırda Azərbaycandan İranın Qum şəhəri və digər dini ocaqlarına saysız hesabsız Azərbaycan vətəndaşı cəlb olunub. Onlar guya orada dini təhsil alırlar. Əslində isə onlara separatizmlə məşğul olmaq üçün antiazərbaycan şüarları ilə xüsusi hazırlıqlar keçirilir. Sonradan da onlar ölkəmizə təxribatla məşğul olmaq üçün göndərilir. Hər ay azı üç-beş nəfər bu yola qədəm qoyulanlar həbs olunur. Belə təhlükəli halların qarşısı alınmalıdır. Bunun üçün də dini mütəxəssis və alimlərimiz televiziyalar vasitəsilə əsasən də gənclərimizi təlimatlandırmalıdır. Universitet və məktəblərdə də bu istiqamətdə təbliğat aparılmalıdır ki, gənclər dinin əsl mahiyyətini anlasın. Əks təqdirdə belə gedişaatla təhlükəli halın qarşısını almaq mümkünsüz olacaq. İslam dinindən sui-istifadə etmək olmaz. Dini təriqətlər vasitəsilə bizləri neçə-neçə hisəyə bölürlər. Şiəlik, sünnilik, vəhhabilik, cəfəri, ələvi, bəkdaşi və s. qruplar hazarda ölkəmizdə geniş yayılıb. İran bizə qarşı çirkin planlar həyata keçirir və bu zaman onlar dini pərdə adı altında maskalanırlar. Məlumatlara görə azı hər il 200 azərbaycanlı Qum şəhərinə dini təhsil adı altında göndərilir. Onlardan bir hissəsi də orada ölkəmiz əleyhinə keçirilən konfranslarda iştirak edir. Bunlar görünən üzlərdir. Bir çoxları da sonradan dini terrorçu təşkilatlara qoşulur, bu istiqamətdə xüsusi təlimlər keçirlər.
Rüfət SULTAN

Geri dön