Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) bir sıra Rusiya şirkəti və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

UNN agentliyinin verdiyi xəbər görə, bu barədə qərar MTMŞ-nın iclasında qəbul edilib.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin təkliflərini qəbul edərək Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı tətbiq edilən sanksiya siyahısını genişləndirməyi qərara alıb. Bu şirkət və vətəndaşlar terror fəaliyyəti həyata keçirir, terrorizmin maliyyələşdirilməsi və yaxud dəstəyində iştirak edir, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilməsini dəstəkləyirlər”, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Geri dön