Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qvatemalada məhkəmə sabiq prezidenti həbs edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Qvatemalada məhkəmə sabiq prezidenti həbs edib

Qvatemalada məhkəmə sabiq prezidenti həbs edib


Qvatemalada məhkəmə sabiq prezident Otto Peres Molinana barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ötən gün Qvatemala Konqresi prezident Peres Molinanın istefasını qəbul edib və o elə həmin gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılıb. Baş Prokurorluq 64 yaşlı sabiq prezidentə qarşı korrupsiya, dələduzluq və cinayətkar sövdələşmə ittihamları irəli sürmək niyyətindədir. İş üzrə növbəti məhkəmə iclası bu günə, sentyabrın 4-nə təyin olunub. Prezident qanunsuz fəaliyyətlə heç vaxt məşğul olmadığını iddia edərək bütün ittihamları rədd edir.

Geri dön