Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlandı

AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlandı


Sentyabrın 28-dən oktyabrın 2-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının gündəliyi açıqlanıb. Bu barədə AŞ PA-nın saytı məlumat verir.

Qarşıdakı iclasın əsas mövzusu Avropada miqrasiya böhranının humanitar və siyasi aspektləri, eləcə də yaranmış vəziyyətlə əlaqədar tranzit ölkələr üçün çağırışlar olacaq.

Sessiya zamanı, həmçinin Assambleyanın və daimi komitənin tərəqqi bürosu üzrə hesabat dinləniləcək, məhkəmələrin verdiyi hökmlər müzakirə ediləcək, eləcə də AŞ PA-ya növbəti beş il üçün yeni baş katib seçiləcək.

Bundan başqa, sessiyada Lüksemburq Böyük Hersoqu Anri, Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Avropa Şurası Nazirlər Kabinetinin sədri, sədrlik edən Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiç çıxış edəcəklər.

Geri dön