Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DADP sədri niyə namizədliyini vermir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > DADP sədri niyə namizədliyini vermir?

DADP sədri niyə namizədliyini vermir?


Parlament seçkilərinə az bir müddətin qalmasına baxmayaraq Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyevanın namizədliyini hələ də verməməsi maraqlıdır. Demək olar ki, bütün partiyalar artıq namizədlərini müəyyənləşdiriblər və prosesə qoşulublar. Hətta MSK-dan namizədliyi qeydə alınanlar da var.
Bəs DADP nə düşünür?
DADP sədri F.Əliyeva sualımızın cavabında dedi ki, onlar bu seçkilərdə mütləq iştirak edəcəklər: “Namizədliyimi verəcəm, ancaq hələ bir qədər müşahidə aparırıq. Necə deyərlər gözləmə mövqeyindəyik. Görək kim hansı dairədən namizəd olmaq istəyir. Vaxtı çatanda mən də namizəd olacağım dairənin adını açıqlayacam”. F.Əliyeva onu da əlavə edib ki, çoxu DADP-nin bu seçkilərə qatılmamaqda geçikməsini prosesi boykot etməyi ilə bağlayır: “Əsla, biz öz gücümüzə inanırıq və parlament seçkisinə də qatılacağıq. Boykotu o partiyalar edirlər ki, onlar öz güclərinə, elektoratlarına güvənmirlər. Biz güclü şəkildə təşkilatlanmış partiyayıq və seçkidə öz gücümüzü bir daha göstərəcəyik”.

Geri dön