Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli eks-depuatat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyəli eks-depuatat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır

Türkiyəli eks-depuatat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır


ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır.

Bunu CHP-dən olan sabiq parlament deputatı Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, əgər ATƏT PA Azərbaycanda nəyinsə düzgün olmadığını hesab edirsə, ölkəyə gəlməli və bunu yerində dəqiqləşdirməlidir.

M. Kabakçı qeyd edib ki, Avropada Türkiyəyə, Azərbaycana və bütün türk dünyasına qarşı stereotiplər mövcuddur:

"Avropa Azərbaycanı ləkələmək əvəzinə azərbaycanlı qaçqınların tarixi torpaqlarına qayıtması üçün ciddi addımlar atmalıdır".

Geri dön