Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kiyev-Bakı sərnişin qatarı minik avtomobili ilə toqquşub, üç nəfər ölüb, bir nəfər yaralanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Kiyev-Bakı sərnişin qatarı minik avtomobili ilə toqquşub, üç nəfər ölüb, bir nəfər yaralanıb

Kiyev-Bakı sərnişin qatarı minik avtomobili ilə toqquşub, üç nəfər ölüb, bir nəfər yaralanıb


Kiyev-Bakı sərnişin qatarı Dağıstan ərazisində “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.

APA-nın məlumatına görə, nizamlanmayan dəmiryolu keçidində baş verən toqquşma nəticəsində avtomobildə olan 3 nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı ucbatından baş verib. Sürücü nizamlanmayan dəmiryolu keçidini sərnişin qatarının sürətini nəzərə almadan keçmək istəyib, bu isə ağır faciəyə səbəb olub.

Qatarların hərəkəti dayandırılmayıb.

Geri dön