Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hulusi Kılıç: “Azərbaycanın Türkiyəyə dəstəyinə görə minnətdarıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Hulusi Kılıç: “Azərbaycanın Türkiyəyə dəstəyinə görə minnətdarıq”

Hulusi Kılıç: “Azərbaycanın Türkiyəyə dəstəyinə görə minnətdarıq”


Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə cəza tətbiqi ilə bağlı qanun layihəsini qəbul etməsinə Azərbaycandan böyük təpki gördük.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
O qeyd edib ki, bu təpki həm Prezident Administrasiyası, həm Xarici İşlər Nazirliyi, Milli Məclis, həm də QHT-lər və siyasi partiyalar tərəfindən oldu.
“Bunlar bir daha Türkiyənin probleminin həm də Azərbaycanın problemi olduğunu göstərdi. Təəssüf ki, mətbuatda gedən bəzi xoşagəlməz xəbərlər oldu və bunlar bizi üzməkdədir”.
Səfir vurğulayıb ki, biz daha güclü və bir olmalıyıq.
“Münasibətlərimizi pozmaq istəyənlərə qarşı da birgə səy göstərməliyik”.
H.Kılıç qeyd edib ki, sağdan, soldan deyilənlərə fikir verməmək lazımdır.
“Azərbaycanın Türkiyəyə dəstəyinə görə minnətdarıq. Biz heç kimin torpaqlarını işğal etməmişik. Əksinə, bizim torpaqlar işğal olunub”.
Səfir Azərbaycan və Türkiyənin regionda inkişaf edən dövlətlər olduğunu vurğuladı.

“Azərbaycan nə hiss edirsə, biz də onu hiss edirik. Önümüzdəki illərdə görüləcək işlər daha çoxdur”.

Geri dön