Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ekspert: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasında maraqlıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ekspert: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasında maraqlıdır

Ekspert: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasında maraqlıdır


Beynəlxalq ictimaiyyətdə Azərbaycan və Ermənistan arasında münaqişəni dondurmaqla bağlı gizli konsensus əldə edilib. Bunu rusiyalı politoloq, tarix elmləri namizədi, "Rusiya şəbəkə intellekti" ekspert cəmiyyətinin üzvü İqor Ponomarenko deyib.

O bildirib ki, bu amil bu və ya digər xarici oyunçunun, əlbəttə ki, Rusiyanın da Azərbaycan və Ermənistan qarşıdurması faktından öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışdiğını istisna etmir.

Ekspertin sözlərinə görə, Moskva Cənubi Qafqazda maksimum sabitliyin qorunmasında maraqlıdır, çünki burada da "qaynar nöqtə"nin olmasına tamamilə hazır deyil: "Rusiya Bakı və Yerevan arasında balansın saxlanmasına və gərginliyin artmasına imkan verməməyə çalışır".

İ.Ponomarenko qeyd edib ki, Azərbaycan və Ermənistan arasında gərginlik on illərlə davam edə bilər və belə vəziyyət bütün xarici oyunçuları qane edir.

Geri dön