Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Komissiyanın iclasında deyib.

M.Pənahov qeyd edib ki, bu göstərici 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir.

Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədri deyib ki, indiyə qədər Komissiyaya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb.

Geri dön