Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı

MTN-nin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb.

Məlumatlı mənbələrdən bildirilib ki, MTN-nin bir neçə yüksək vəzifəli şəxsi saxlanılıb.

Onların bəziləri haqqında həbs qətimkan tədbiri secilib. Həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması və digər əməllər daxildir.

Geri dön