Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabah bu məscidlərdə qanvermə aksiyası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini, Bildiriş > Sabah bu məscidlərdə qanvermə aksiyası keçiriləcək

Sabah bu məscidlərdə qanvermə aksiyası keçiriləcək


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məsçid və ziyarətgahların siyahısını açıqlayıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidində, Yasamal rayonu Hacı Soltanəli məscidində, Səbail rayonu Bibiheybət və İçərişəhər Cümə məscidlərində, Suraxanı rayonu Qaraçuxur məscidində, Xəzər rayonu Mir Mövsüm ağa məscidində, Nizami rayonu Keşlə qəsəbə məscidində, Nəsimi rayonu Əjdərbəy məscidində, Sumqayıt şəhəri Cümə məscidində, Gəncə şəhəri - İmamzadə məscidində, Mingəçevir şəhəri Heydər məscidində, Şəki şəhəri Cümə məscidində, Lənkəran şəhəri Böyükbazar məscidində və Bərdə şəhəri Cümə məscidində keçiriləcək.

Bildirilib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl - oktyabrın 23-də Tasua günündən başlayacaq.

Geri dön