Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Keçən il Təbrizdə iftar mərasimində həbs olunan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib


Güney Azərbaycan Xəbərləri





2011-ci il avqustun 24-ü Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib.
Müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəallar 30.Yanvar 2012-ci il tarixində Təbrizin inqilab məhkəməsində mühakimə ediliblər.
Məhkəmə iclasına Əziz Purvəli, Həsən Ərk, Musa Bərzin Xəlifəlu, Əhməd Riyazi Mübarəki, Vəhid Şeyxbəyli, Mahmud Fəzli, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur və Mehdi Nuri öz vəkilləri ilə birlikdə qatılıblar. Ancaq Cəmişid Zarei azərbaycanlı fəalların arasında olmayıb.
İclasda azərbaycanlı fəallar və vəkillər Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barədə çıxarılan həbs qərarını vəsiqə ilə əvəzlənməsinə israr ediblər. Nəhayət bununla razılaşılıb və adını çəkdiyimiz milli-mədəni fəalların bu gün azadlığa buraxılması gözlənilir.
Vaxt bitdiyindən Əziz Purvəli, Əvəzpur qardaşları, Cəmişid Zarei və Vəhid Şeyxbəylinin mühakiməsi 2012-ci il fevralın 12-nə (1390-cı il behmənin 23-nə) qalıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəallar 2011-ci il avqustun 24-ü Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı ETTELAAT məmurlarının hücumuna məruz qalaraq tutuqlanmışdılar.


Əli Pakbaz (Səhənd) azadlığa buraxılıb

Güney Azərbaycan Xəbərləri






Azərbaycanlı fəal Əli Pakbaz (Səhənd) 2012-ci il yanvarın 27-də azadlığa buraxılıb.Qeyd edək ki, Pakbaz bir neçə gün öncə ilk yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi və kitab mağazasının bağlanılması barədə araşdırmaq üçün Əhər şəhərinin məhkəməsinə müraciət edərkən, məhkəmə tərəfindən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilmişdir.Pakbaz 3-cü gün ETTELAAT idarəsindən Əhərin zindanına köçürülüb və nəhayət cümə (5-ci gün) günü azadlığa buraxılıb.



“Traxtur” tərəfdarları “Traxtur-İstiqlal” müsabiqəsi barədə Bəyanat yayıblar


Güney Azərbaycan Xəbərləri




“Traxtur” tərəfdarları 15-ci Bəyanatlarını yayıblar. Bu Bəyanat bazar günü keçirilən “Traxtur-İstiqlal” müsabiqəsi barədə yayılıb.Bəyanatda qısaca deyilir ki, “müsabiqənin hakimi elə bir ədalətsizlik və qərəz nümayiş etdirdi ki, daha İran hakimiyyətinin antiazərbaycan və irqçi siyasətinə şübhəmiz qalmadı.O halda ki, biz haqqımızı müsabiqə meydanında ala bilmirik, o halda ki, futbol rasist İran hakimiyyəti əlindədir, onda biz hüququmuzu başqa yollarla bərpa etməliyik.“Traxtur” hərəkatı yalnız futbol deyil, eyni halda Azərbaycan Milli Hərəkatı ilə eyni istiqamətdə, tam dinc və mədəni yollarla Milli Hərəkatın təbliği və Azərbaycanın milli hüquqlarının müdafiəsi uğrundadır.Biz bu Bəyanat vasitəsi ilə İsalm Cümhuriyyətinin dəyişməz qərəzli siyasətini şiddətlə qınayır və bəyan edirik ki, artıq bu siyasətin islah olunmasına ümidimiz yoxdur. Bundan sonra öz hüququmuzu əlimizdə olmayan müsabiqə meydanı yox, xiyabanlarda öz etirazımızla müdafiə edəcəyik.”



İsril Səfiri İranın hazırladığı terrordan danışıb

Güney Azərbaycan Xəbərləri





İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bildirib ki, Azərbaycanda özümü çox rahat hiss edirəm.Bu sözləri İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici ölkə vətəndaşlarına, o cümlədən İsrailin ictimai xadimlərinə qarşı hazırlanan terror aktlarının qarşısını alması ilə bağlı suala cavabında deyib. O, səfirliyin terror təhlükəsi ilə əlaqədar gördüyü təhlükəsizlik tədbirləri haqda danışmayıb.İkitərəfli münasibətlərdən danışan diplomat əlaqələrin bütün sahələrdə əla səviyyədə olduğunu və inkişafın davam etdiyini söyləyib. Səfir iqtisadi və biznes sahəsində inkişaf gözlədiyini vurğulayıb: “Yaxın gələcəkdə Azərbaycanda İsrail və Azərbaycan şirkətlərinin iştirakı ilə yüngül sənaye müəssisələrinin açılacağı gözlənilir. Bu proses yarım ilə qədər reallaşacaq”.



İrandan Ermənistana çəkiləcək boru xəttinin rahat çalışması sual altındadır

Güney Azərbaycan Xəbərləri




İrandakı rejimlə Ermənistan hakimiyyətinin Azərbaycan dövlətinə və Güney Azərbaycan məsələlərinə baxışları eynidir.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq) Elxan Şahinoğlu İran Ermənistana Təbriz ərazisindən neft kəməri çəkməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.
“Həm Tehran, həm də İrəvan güclü Azərbaycan dövlətinin varlığından, o cümlədən Güney azərbaycanlıların oyanışından qorxurlar. Ona görə də Güney amilini zəiflətmək üçün Tehranla İrəvan faktiki (əməli) əl-ələ veriblər.
Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Təbrizdə konsulluq açmaq istəyinə Tehranın yaşıl işıq yandırması siyasəti bundan xəbər verir. İndi də Güney Azərbaycan üzərindən Ermənistana neft boru xətti çəkmək istəyirlər.
Ancaq Tehran və İrəvanda anlamalıdırlar ki, nə adı çəkilən konsulluq, nə də haqqında danışılan boru xəttinin gələcəkdə rahat çalışması problematikdir”, - deyə E.Şahinoğlu qeyd edib.

Geri dön