Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib

Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib


Rusiya Federasiyasının tərkibində olan Şimali Qafqaz Respublikaları gələcəkdə Moskvadan ayrılacaq
Rusiyada Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib.
Rusiyanın “NTV” televiziyasına açıqlama verən Jirinovski bildirib ki, düşmən Rusiyanın cənubundadır. Onun sözlərinə görə məhz həmin ərazilərdə müharibə olacaq: “Əfqanıstan, Türkiyə, İran, Ərəb ölkələrində yazda dəhşətli döyüş başlayacaq”. Qatı rus milliyyətçisi qeyd edib ki, ordunu cənub cəbhəsinə istiqamətləndirmək lazımdır: “Bir qərargahı Daşkənd, digərini isə Bakıda quraraq ölkəmizə ola biləcək hücumu gözləməliyik”.
“Rusiya və milli məsələ” mövzuya həsr olunmuş proqramda danışan Jirinovski deyib ki, Rusiya Federasiyasının tərkibində olan Şimali Qafqaz Respublikaları gələcəkdə Moskvadan ayrılacaq: “Onlar Rusiyadan qopacaq və bizdən ayrılacaq. Onlar türklərə, iranlılara və müsəlmanlara yaxındır. Heç zaman bizimlə qalmayacaq”.

Geri dön