Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron ATS-lər tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron ATS-lər tikiləcək

Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron ATS-lər tikiləcək


Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron ATS-lər (EATS) tikiləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, həyata keçiriləcək tədbirlər planına uyğun olaraq Qazaxlar, Mirzənağılı Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması və genişzolaqlı internet xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulur ki, bunun üçün 25 km-dən artıq optik kabel xətti çəkiləcək.

Bundan başqa, rayonda CDMA simsiz rabitə şəbəkəsinin daha böyük ərazini əhatə etməsi üçün Böyük Bəhmənli kəndində yeni baza stansiyasının tikintisi planlaşdırılır.

Qeyd edək ki, indiyədək rayon ərazisində Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS tikilərək sakinlərin mənzilləri telefonlaşdırılıb.

Geri dön