Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Əhmədov: “Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Əli Əhmədov: “Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər”

Əli Əhmədov: “Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər”


“Bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyasının 65-ci ili tamam olur. Analoji deportasiyalara məruz qalan digər xalqların nümayəndələri bununla bağlı kompensasiya alıblar. Lakin azərbaycanlılar kompensasiya ala və yurd-yuvalarına qayıda bilməyiblər”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər.

Ə. Əhmədov İran-Azərbaycan münasibətləri barədə də danışıb. O qeyd edib ki, mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz: “İranın Azərbaycana münasibəti bu ölkə hakimiyyət nümayəndələrinin münasibətində, açıqlamalarında görünür”.

Ə. Əhmədov İran və Azərbaycanın təkcə qonşu olmadığını, bu iki ölkənin birləşdirən xeyli cəhətlərin olduğunu söyləyib: “Ən azından bu ölkə əhalisinin yarısını azərbaycanlılar təşkil edir”. O, ölkələr arasında münasibətlərin pisləşməsi istiqamətində addım atılmasının asan, lakin istiləşməsinə yönəlik hərəkətlərin çətin və uzun vaxt aparan iş olduğunu vurğulayıb.

Geri dön