Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hava şəraiti ilə əlaqədar Bakı aeroportu bəzi aviareysləri təxirə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Hava şəraiti ilə əlaqədar Bakı aeroportu bəzi aviareysləri təxirə salıb

Hava şəraiti ilə əlaqədar Bakı aeroportu bəzi aviareysləri təxirə salıb


Azərbaycan ərazisində hava şəraitinin əlverişsiz olması - güclü qar yağması və külək səbəbindən Bakı aeroportunda bir sıra aviareyslərin həyata keçirilməsi təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq aeroportundan verilən məlumata görə, bu gün saat 05:25-də və 08:00-da həyata keçirilməsi planlaşdırılan «Türk Hava Yolları» aviaşirkətinə məxsus Bakı-İstanbul aviareysi təxirə salınıb: «Eyni zamanda, Bakı-Minsk, Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı-Praqa kimi aviareyslər də təxirə salınıb. Sabah saat 04:50-də yerinə yetiriləcək Bakı-Frankfurt reysi də təxirə salınıb. Ümumiyyətlə, bu gün aeroportdan yalnız Bakı-London aviareysi yerinə yetirilib».

Daxili aviareyslərə gəldikdə isə aeroportdan bildirilib ki, Bakı-Naxçıvan aviareysi saat 11:00-dək təxirə salınıb: «Hazırda Bakı-Gəncə aviareysinə qeydiyyat başlayıb və yəqin ki, sözügedən aviareys yerinə yetiriləcək».

Geri dön