Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu

İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu


Bakıda beynəlxalq axtarışda olan qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub.

Ə.Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub.

Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Geri dön