Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası (görüntü)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Bildiriş > Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası (görüntü)

Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası (görüntü)


Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyanı Milliyyətçi Gənclər Təşkilatı təşkil edib. Mitinq iştirakçıları İranda yaşayan Azərbaycan türklərinin təhqir olunmasına etiraz ediblər.
Aksiyanın qətnaməsi İran səfirliyinə təqdim olunub. Bəyanatın bir hissəsində deyilir ki, İran İslam Respublikası, din qardaşlarına qarşı soyqırım törətmiş Ermənistan Respublikası ilə geniş dostluq və qardaşlıq əlaqələri quraraq dəfələrlə milli qururumuza toxunub.
Polisin müdaxiləsindən sonra etirazçılar səfirlik önündən kənarlaşdırılıblar.
Xatırladaq ki, ötən gün Güney Azərbaycanın əksər şəhərləri və Tehranda da azərbaycanlılar kütləvi şəkildə etiraz aksiyası keçiriblər. Etirazlara səbəb İranın “Kanal 2” (İRİB) telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsidir.
 Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası (görüntü)

 Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası (görüntü)


Geri dön