Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-İran arasında yaranmış qaz mübahisəsinə Pakistanda baxılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyə-İran arasında yaranmış qaz mübahisəsinə Pakistanda baxılacaq

Türkiyə-İran arasında yaranmış qaz mübahisəsinə Pakistanda baxılacaq


Türkiyə və İran arasında təbii qazın satışı ilə bağlı yaranmış problemə Pakistanda baxılacaq. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, İran Milli Qaz Şirkətinin mətbuat xidmətinin rəhbəri Məcid Bucarzadə deyib ki, rəsmi Tehranın Ankaraya satdığı təbii qazın qiymətinin aşağı salınması ilə bağlı bu ölkənin “Botaş” şirkətindən onlara heç bir müraciət daxil olmayıb. Təbii qazın ixracından məsul şirkətin rəhbəri Hüseyn Bidarməğz isə İranın Türkiyəyə satdığı qazın qiymətinin yüksək olmadığını bildirib.
Qeyd edək ki, Türkiyə İranın bu ölkəyə satdığı qiymətini aşağı endirmədiyi üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət edib.

Geri dön