Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Obama İrana münasibətdə milli fövqəladə vəziyyətin vaxtını daha bir il uzadıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Obama İrana münasibətdə milli fövqəladə vəziyyətin vaxtını daha bir il uzadıb

Obama İrana münasibətdə milli fövqəladə vəziyyətin vaxtını daha bir il uzadıb


ABŞ prezidenti Barak Obama noyabrın 10-da ABŞ Konqresinə məktub yazaraq Tehranla Vaşinqton arasındakı münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq İrana münasibətdə “milli fövqəladə vəziyyət”in vaxtını daha bir il müddətinə uzatdığını bildirib.
Obamanın ABŞ Konqresinə yazdığı məktubda deyilir ki, o, 1979-cu il noyabrın 14-də İranda yaranmış duruumun ölkənin milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatına təhdid olduğunu göstərən 12170 nömrəli fərmanı əsas götürərək milli fövqəladə vəziyyətin vaxtını daha bir il müddətinə uzadır.

Qeyd edək ki, 12170 nömrəli fərman, 1979-cu il noyabrın 14-də, yəni ABŞ-ın Tehrandakı səfirliyinin işğal olunaraq amerikalı diplomastların radikal islamçılar tərəfindən girov götürülməsindən 10 gün sonra ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən imzalanaraq onun tətbiqinə başlanılıb.

Bu fərmanın imzalanması ilə ABŞ-ın Maliyyə Nazirliyinə İranın ABŞ-dakı maliyyə hesablarının, o sıradan da banklarda və xarici şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.

Geri dön